Baş nazir: İkinci qaz xəttinin Türkiyədən Naxçıvana çəkilməsinə hazırlıq yüksək səviyyədədir

16.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Prezidentin tapşırığı ilə 2004-cü ildən başlayaraq Naxçıvanın qaz təminatı yerinə yetirilir.

APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

Baş nazir deyib ki, Naxçıvanda bu gün qaz təminatı 100 %-dir: “Buna baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ikinci xəttin Türkiyə ərazisindən Naxçıvana çəkilməsinə hazırlıq yüksək səviyyədədir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью