Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın Baş naziri Pedro Sançes 16 yaşdan aşağı şəxslərə sosial şəbəkə qadağası tətbiq ediləcəyini və rəqəmsal platformalara daha sərt hüquqi nəzarət gətiriləcəyini açıqladığı üçün onu təhqir edən ABŞ-li iş adamı İlon Maska cavab verib.
"Cebheinfo.az" xəbər verir ki, Sançes sosial media hesabında paylaşım edərək, “Qoy tekno-oliqarxlar hürsün, Sanço bu, doğru yolda irəlilədiyimizin göstəricisidir” deyə yazıb.
Bu ifadə dünya ədəbiyyatının ən böyük yazıçılarından biri hesab edilən Migel de Servantesin “Don Kixot” romanında yer alır.
İspan yazıçının məşhur əsərində sonradan adını Don Kixot qoyan Alonso Kixano Rosinante adlı atının belində gedərkən silahdaşı Sanço Pansaya bu sözləri deyir.
Xatırladaq ki, İlon Mask, Sançesin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Sammitində çıxışını paylaşaraq, İspaniya hökumətinin 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişini qadağan edəcəyini elan etməsinə sərt reaksiya vermişdi.
Mask paylaşımında Sançes haqqında “Sançes əsl faşist totalitaristdir” və “Çirkli Sançes İspaniya xalqına xəyanət edən zalım və xain biridir” ifadələrini işlətmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin