Baş nazir İrandakı səfirliyi bu siyahıya əlavə etdi

28.08.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına İran da daxil edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı"na İran İslam Respublikası da əlavə olunub. Toyuqlu pizza

Bu Qərar 2026-cı il 1 mart tarixindən tətbiq edilir və 31 dekabr tarixinədək qüvvədədir.

Qeyd edək ki, İran bu kateqoriyaya daxil edilən 8-ci ölkədir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью