Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə Belçika Kral Sarayı rəsmi açıqlama yayıb.
Məlumata görə, koalisiya partiyaları 2027-ci ilin büdcəsi ilə bağlı razılığa gələ bilməyiblər. Baş nazirin istefasının qəbul edilib-edilməyəcəyi isə hələlik məlum deyil.
Belçikada ənənəvi olaraq monarx hökumət başçısının ilk istefa müraciətini rədd edərək tərəflərə danışıqları davam etdirmək üçün əlavə vaxt verə bilər. Əvvəlki siyasi böhranlarda da partiyalar növbədənkənar seçkilər riskindən yayınmaq üçün kompromisə getməyə üstünlük veriblər.
Yaranmış böhrana səəbə isə Belçika hökumətinin qarşısında ciddi maliyyə problemi ilə üzləşməsidir. Artan hərbi xərclər fonunda ölkənin illik büdcəsində təxminən 10 milyard avroluq çatışmazlıq yaranıb. Bu kəsirin aradan qaldırılması üçün hökumət iki çətin seçim qarşısındadır. Belə ki, ya sosial xərcləri azaldılmalıdır, ya da vergiləri və rüsumlar artırılmalıdır.
Ölkənin dövlət borcu da vəziyyəti daha da mürəkkəbləşdirir. 2025-ci ildə Belçikanın dövlət borcu 735 milyard avroya, yəni ÜDM-in 110 faizinə çatıb.
Baş nazir Bart De Vever borclanmanın daha da artmasının qarşısını almağa çalışır və büdcə kəsirinin yeni borclar hesabına örtülməsinə qarşı çıxır.
Beləliklə, büdcə mübahisəsi Belçikada təkcə iqtisadi deyil, həm də ciddi siyasi sınağa çevrilib. Danışıqların nəticəsi ölkənin gələcək hökumətinin taleyinə də təsir göstərə bilər.
Mürtəza