Baş nazir Maka Boçorişvili ilə görüşdü Foto

25.11.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Baş naziri Əli Əsədov bu gün Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda ardıcıl şəkildə möhkəmləndiyi qeyd olunub. 

Son dövrdə qarşılıqlı səfər və görüşlərin intensivləşməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsinin, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirilib.

Görüş zamanı ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью