Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
“2025-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılması üçün sosial siyasət tədbirləri davam etdirilib”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin ötən ilin yekunları ilə bağlı çıxışı zamanı deyib. Baş nazir əlavə edib ki, əhalinin real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub:
“2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini üstələyib. 2025-ci il dövlət büdcəsi xərclərinin 39,5%-i və ya 15,3 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəlib (2024-cü illə müqayisədə 601,5 mln. manat və ya 4,1% çoxdur).
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin