Baş nazir: Pakistan və Türkiyə arasında bənzəri olmayan əlaqə var

13.02.2025

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

“Türkiyə və Pakistan aralarında indiyədək bənzəri təkrarlanmayan çox güclü əlaqələrə malik iki ölkədir”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Pakistanın baş naziri Şahbaz Şərif İslamabadda səfərdə olan Türkiyə lideri Ərdoğanla görüşdə deyib.

Baş nazir deyib ki, ən kritik dövrlərdə həmişə Türkiyə Pakistanın yanında olub: "Zəlzələ, sel və təbii fəlakətlərdə də həmişə dadıma ilk yetişən Türkiyə olub. Türkiyə hazırda dünyanın ən sürətlə böyüyən və ən sürətlə inkişaf edən ölkələrindən biridir"

Baş nazir bildirib ki, bu görüşdən sonra iki ölkə arasıdnak əlaqələr daha da dərinləşəcək.
Lamiyə Əhmədli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью