Baş nazir: Polis Gürcüstanda dövlət çevrilişinin qarşısını almağa nail olub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

30.11.2024

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polis dünən Gürcüstanda dövlət çevrilişi cəhdinin qarşısını almağa nail olub.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O, Tbilisidə baş verən iğtişaşlarda iştirak edənlərin bir qisminin yaxşı təşkil olunduğunu vurğulayıb:

"Mitinq iştirakçıları arasında təqribən 500 provakator olub. Onlar pirotexnika və hətta "Molotov kokteylləri”ndən istifadə ediblər”.

Kobaxidze Konstitusiyaya qəsdin qarşısını alaraq Gürcüstanın suverenliyini qoruduqları üçün ölkənin daxili işlər naziri Vaxtanq Qomelauriyə və Tbilisi polisinə təşəkkür edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью