Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nazirlər Kabineti bəzi qərarlarında dəyişiklik edib.
Doğru.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Ədliyyə orqanları işçilərinin attestasiyası Qaydası”nda, “Tibbi-iqtisadi ekspertizanın aparılması Qaydası”nda, “Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması Qaydası”nda, “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə, “Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması Qaydaları”nda müvafiq dəyişikliklər edilib.
DOĞRU.AZ