Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
İsrail Müdafiə Qüvvələrinin əməliyyatına etiraz edənlər baş nazir Benyamin Netanyahunun Qüdsdəki iqamətgahı qarşısında çadırlar qurublar.
Reyting.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Bildirilir ki, polis İsrail baş nazirinin iqamətgahından 300 metr radiusda ərazini mühasirəyə alıb. Bəzi məlumatlara görə, Netanyahunun özü binada yoxdur. “Baş nazir ailələrin gəldiyini eşidib qaçıb”, – portal etirazçılardan birinin sözlərini sitat gətirir.
V. QULİYEV