Baş nazir: Rusiyanın məğlubiyyəti nağıldır KONKRET

04.12.2025

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiyanın Ukrayna ilə münaqişədə məğlub olacağına Qərbdə əslində heç kim inanmır”.

KONKRET.az xəbər verir ki, bunu Belçikanın Baş naziri Bart de Vever “La Libre” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, başqa ölkənin dondurulmuş aktivlərinin müsadirə edilməsi heç vaxt baş verməyib. Baş nazir xatırladıb ki, hətta İkinci Dünya müharibəsi zamanı Almaniyanın pulları müsadirə edilməyib, yalnız dondurulub:

“Müharibə başa çatanda məğlub olan dövlət aktivlərindən tamamilə və ya qismən imtina etməlidir ki, qələbə qazananlara ziyanı kompensasiya etsin. Amma əslində kim inanır ki, Rusiya Ukraynada məğlub olacaq? Bu nağıldır, tam xülyadır”.

Vever Rusiyanın məğlubiyyətini “arzuolunmaz” adlandırıb. O vurğulayıb ki, dünyanın nüvə silahına malik ölkədə qeyri-sabitliyin hökm sürməsinə ehtiyacı yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью