Baş nazir seçiləndən sonra ilk dəfə Ukraynaya hərbi yardım göstərəcəklər

07.10.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Slovakiya Robert Fitsonun Baş nazir seçilməsindən sonra ilk dəfə olaraq Ukraynaya hərbi yardım göstərəcək.

“Qafqazinfo” “Regnum” xəbər agentliyinə istinadən xəbər verir ki, bu haqda Slovakiyanın müdafiə naziri Robert Kalinyak məlumat verib.

“Mən çox məmnunam ki, biz indicə Slovakiyanın Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımı göstərməsini nəzərdə tutan 14-cü dəstək paketi üzrə memorandum imzalamışıq”, - deyə nazir bildirib.

Kalinyakın sözlərinə görə, özü və Ukraynanın müdafiə naziri Denis Şmıqal həmin sənədi imzalayıblar. Kiyevin minatəmizləmə üçün beş maşın alacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью