Baş nazir: Serbiya akustik silah tətbiqinin araşdırılması üçün ABŞ və Rusiyanı...

17.03.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Serbiya hökuməti nümayişçilərə qarşı akustik silahın tətbiqi iddialarının araşdırılması üçün Rusiya və ABŞ xüsusi xidmət orqanlarını dəvət etməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu baş nazir Miloş Vuçeviç bildirib.

"Dəyənəklərdən istifadə ilə bağlı əmr verilməyib. Polis tərəfindən heç kimə qarşı heç bir tədbir görülməyib. Düşünürəm ki, Serbiya polisi bizə güc tətbiq etmədən böyük insan kütləsinə necə nəzarət etməyi öyrədib. Yalan axınını dayandırmaq üçün hökumət Federal Təhqiqat Bürosu və Federal Təhlükəsizlik Xidmətini araşdırmanın aparılmasına dəvət etməyə hazırdır", - M.Vuçeviç Serbiyanın bir sıra müxalifət KİV-də nümayişçilərə qarşı ultrasəs silahının istifadəsi ilə bağlı yer alan paylaşımları şərh edib.

Qeyd edək ki, daha əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç müxalifəti 15 mart etirazları zamanı hakimiyyətin guya səs silahı tətbiq etməsi barədə dezinformasiya yaymaqda ittiham edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью