Baş nazir ŞKTC yə başsağlığı verdi

31.08.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan tələfatı ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelə başsağlığı məktubu ünvanlayıb.

Məktubda həlak olanların ailələrinə və yaxınlarına, Şimali Kipr Türk Cümhuriyyətinin xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa dilənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью