Baş nazir Tailandın hücumlarına qarşı xalqı birləşməyə çağırıb

08.12.2025

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kambocanın Baş naziri Hun Manet Tailandla sərhəddə yenidən gərginləşmə fonunda bütün dövlət qurumlarını, silahlı qüvvələri və xalqı ölkənin suverenliyini qorumaq üçün birləşməyə çağırıb.

525.az xəbər verir ki, bu barədə “Khmer Times” nəşri məlumat yayıb.

Baş nazir bildirib ki, Kamboca hökuməti iki əsas vəzifəsini bir daha təsdiqləyir: əhalini qorumaq və ölkənin ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək.

O, bütün dövlət qurumlarının, ordunun bütün qollarının və Kamboca vətəndaşlarının millət naminə bu çətin dövrdə həmrəylik ruhunda birlikdə işləməli olduğunu söyləyib.

Kamboca Müdafiə Nazirliyi daha əvvəl Tailandın Preaxvihear sərhəd əyalətində orduya hücum edərək oktyabr ayında imzalanmış birgə sülh bəyannaməsini pozmaqda ittiham edib.

Qeyd olunub ki, Tailandın təxribatçı hərəkətlərinə baxmayaraq, Kamboca qüvvələri son dərəcə təmkinli davranıb və atəşə cavab verməyib. Nazirlik Kambocanın münaqişələrin sülh yolu ilə həllinə və beynəlxalq müqavilələrə riayət olunmasına sadiq qaldığını vurğulayıb.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью