Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Macarıstan Baş Prokurorluğu ölkənin Baş naziri Peter Madyarı gecə klubunda başqasının mobil telefonunu oğurlamaq ittihamı ilə şübhəli şəxs qismində dindirib.
“Qafqazinfo” xəbər verir ki, hökumət rəhbəri bu barədə “Facebook” hesabında məlumat yayaraq, irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.
“Bu gün 21 iyun 2024-cü il tarixdə baş vermiş hadisələrlə bağlı Mərkəzi Baş İstintaq Prokurorluğunda dindirildim. Qısa bəyanat verdim və mənə istinad edilən hüquqpozmada təqsirimi boynuma almadım”, – deyə o qeyd edib.
Madyar hadisələrin sonrakı inkişafı barədə əlavə məlumat verəcəyini söz verib.
Xatırladaq ki, sentyabr ayında Macarıstan parlamenti telefon oğurluğunda ittiham olunan Baş nazir Peter Madyarın toxunulmazlığını ləğv etmişdi. Siyasətçi əməlinin cinayət olmadığını iddia edərək özü deputatlardan bu addımı atmalarını xahiş etmişdi.
Məlumat üçün bildirək ki, qalmaqala səbəb 2024-cü ilin iyununda gecə klubundakı münaqişə zamanı onun bir nəfərin mobil telefonunu əlindən alaraq Dunay çayına atması faktı üzrə cinayət işinin yenidən başlanması olub.