Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Azərbaycanda orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edənlərə Prezident təqaüdünün ödənilməsi qaydası dəyişib.
Demokrat.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, qaydalara yeni bənd əlavə edilib.
Yeniliyə görə, himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlar, eləcə də ailəyə yerləşdirilənədək valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşaqlarla bağlı qəyyumluq və himayəçilik orqanının funksiyalarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerinə yetirəcək. Digər hallarda isə bu səlahiyyət uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalara aid olacaq.
Yəni, valideyn himayəsindən məhrum olan və ya himayədar ailədə böyüyən əlilliyi olan uşaqlara qulluq edənlərin Prezident təqaüdü alması üçün qəyyumluq işlərinə bundan sonra birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzarət edəcək.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, qaydalara yeni bənd əlavə edilib.