Baş nazir Teymur Musayevlə bağlı qərar verdi

12.11.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev olub.

Qeyd edək ki, bu təyinatadək Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Baş nazirin sabiq müavini Əli Əhmədov idi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью