Baş nazir Trampın istəyini rədd etdi

03.04.2025

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-ın Qrenlandiya ilə bağlı iddialarını bir daha rədd edərək, adanın təhlükəsizliyini gücləndirmək üçün əməkdaşlıq imkanlarını açıq qoyub.

Bakupost.az TV2-yə istinadən xəbər verir ki, o, bu barədə aprelin 3-də Qrenlandiyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

ABŞ-a müraciət edən Frederiksen vurğulayıb ki, Qrenlandiya məsələsi Danimarka ilə münasibətlərdən kənara çıxır və "uzun illər ərzində qurduğumuz beynəlxalq nizama" aiddir:


"Başqa ölkələri işğal etmək olmaz".

Frederiksen daha sonra ingilis dilinə keçərək Danimarkanın ABŞ-ı yaxın müttəfiqi kimi görməkdə davam etdiyini və Arktika regionunda təhlükəsizliyi birgə gücləndirməyə hazır olduğunu vurğulayıb:

"Əgər Arktikada təhlükəsizliyi yaxşılaşdırmaq istəyirsinizsə, - bizim etdiyimiz kimi, - gəlin, bunu birlikdə edək".

Donald Tramp administrasiyası hazırda Danimarkanın tərkibində olan Qrenlandiyanı muxtariyyət əsasında nəzarətə götürmək niyyətini dəfələrlə bəyan edib. Xüsusən də Trampın Qrenlandiyanın ələ keçirilməsinin xərclərini öyrənməyə başladığı bildirilib.


Zaur,BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью