Baş nazir Ünal Üstel Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərifə təşəkkür edib

14.02.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Baş nazir Ünal Üstel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Pakistanın baş naziri Şahbaz Şərifə Kipr türk xalqına verdikləri dəstəyə görə təşəkkür edib və bunu tarixi addım kimi qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, Baş nazir bu barədə sosial media hesabından açıqlama verib.

Baş nazir Ünal Üstel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Pakistanın baş naziri Şahbaz Şərifə bugünkü birgə mətbuat konfransına görə təşəkkür edib: “Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Pakistanın Baş naziri cənab Şahbaz Şərif ilə İslamabadda keçirdiyi birgə mətbuat konfransında ŞKTC və Kipr türk xalqına verdiyi dəstəyi xarici dünya ilə inteqrasiyamız istiqamətində atılan tarixi addım kimi qiymətləndiririk”, - deyə qeyd edib.

Üstel: “Bu münasibətlə xalqım və hökumətim adından cənab Ərdoğana və cənab Şərifə ürəkdən təşəkkürümü bildirirəm”, - deyə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью