Baş nazirdən büdcə xərcləri ilə bağlı Qərar

12.11.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan büdcə xərclərinin yeni inzibati təsnifatı müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsəsən, balıqçılıq və balıq ovu ilə bağlı xərclər, eləcə də Prezidentin Protokol Xidmətinin xərcləri büdcə xərclərinin funksional təsnifatına əlavə edilib.

“Balıqçılıq və balıq ovu” köməkçi bölməsinə balıqçılıq su obyektlərində həyata keçirilən fəaliyyət növləri, balıqçılıqla bağlı xidmətlərə rəhbərlik, balıq və digər su bioresurslarının mühafizəsi, artırılması, yetişdirilməsi, bərpası və səmərəli istifadəsi, balıq və digər su bioresurslarının ovlanması fəaliyyətinə nəzarət və onların tənzimlənməsi, balıqçılıq sahəsində məlumatların yayılması üzrə xidmətlər, həmin xidmətlərin idarə edilməsi, balıqçılıqla bağlı layihələrin hazırlanması, akvakulturanın davamlı inkişafı, balıqartırma müəssisələrinin yaradılması, saxlanması və bu qəbildən olan digər xərclər daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью