Baş nazirdən İnzibati Xətalar Məcəlləsi ilə bağlı QƏRAR

01.04.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Nazirlər Kabineti İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərin tətbiqi ilə bağlı qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Prezidentin 13 mart 2026-cı il tarixli fərmanının icrasını təmin etməyə yönəlib.

Sənədə əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi aidiyyəti qurumlarla birlikdə inzibati xətalar üzrə protokol tərtib etmək səlahiyyətinə malik vəzifəli şəxslərlə bağlı təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bununla yanaşı, normativ hüquqi aktların yeni qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı təkliflərin 5 ay müddətində hazırlanaraq təqdim edilməsi nəzərdə tutulur.

Qərara əsasən, digər mərkəzi icra hakimiyyəti orqanları da 4 ay müddətində öz normativ aktlarını qanun və fərmana uyğunlaşdırmalı və bu barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

Eyni zamanda, Ədliyyə Nazirliyi bütün uyğunlaşdırma prosesini təmin edərək 6 ay müddətində Nazirlər Kabinetinə hesabat verməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью