Baş nazirdən MÜHÜM QƏRAR: Adlar dəyişdi

16.10.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nazirlər Kabineti “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Arxeoloji abidələr” bölməsininin “Quba rayonu” hissəsinin 1381-ci bəndinin “Yerləşdiyi ünvan” sütununda “Alekseyevka” sözü “Çinarlı” sözü ilə əvəz edilib. Pepperoni pizza

Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının Siyahısı”nın “Quba rayonu” bölməsində “Alekseyevka” sözü “Çinarlı” sözü ilə, “Vladimirovka” sözü “Elbir” sözü ilə əvəz edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью