Baş nazirdən QƏRAR: Dövlət agentliyinin səlahiyyətləri artırıldı

10.09.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su ehtiyatları və ondan istifadə əsasında hər il iyun ayının sonunadək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə respublika üzrə illik su təsərrüfatı balansının layihəsini tərtib edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью