Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edilməsi haqqında 7 noyabr 2025-ci il tarixli qərarında dəyişiklik edib.
Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi büdcə xərclərinin inzibati təsnifatına daxil edilib.