Baş nazirin “başı dərddə” Tiqran Avinyan Paşinyanı prokurorluğa “təslim” edəcək KONKRET

01.04.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın baş prokuroru yaxın günlərdə İrəvan merinə qarşı ittiham irəli sürəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti hüquq-mühafizə orqanlarına yaxın məlumatlı mənbələrinə istinadən yazıb.

Qeyd olunur ki, Ermənistanın baş prokuroru Anna Vardapetyan İrəvan meri Tiqran Avinyana qarşı “ANİF” fondundan təxminən 25 milyard dramın yoxa çıxması ilə bağlı aparılan istintaq işi çərçivəsində ittihamlar irəli sürəcək.

“Avinyan da öz növbəsində dar çevrədə planlarından danışaraq bildirib ki, əgər bütün günah onun üzərində qalsa, o zaman Nikol Paşinyan başda olmaqla bu işdə iştirak edənlərin hamısının adını çəkməli olacaq”, – nəşr vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью