Baş nazirin çıxışı Fransa hökumətini parçaladı

29.01.2025

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Fransanın Baş naziri Fransua Bayrunun immiqrasiya ilə bağlı “işğal olunmağa” yaxın olduqlarını bildirməsi hökumətdə parçalanma yaradıb.
Demokrat.az
xəbər verir ki, TV-ə müsahibə verən baş nazir Fransa cəmiyyətinin immiqrasiyadan ciddi şəkildə narahat olduğunu və bunun getdikcə gücləndiyini müdafiə edib.
Bayrou parlamentdəki çıxışında Mayotta adasında və Fransanın müxtəlif əyalətlərində miqrant istilası olduğunu iddia edib.
O qeyd edib ki, Mayottdakı vəziyyəti şəxsən yaşamış hər kəs “işğal” sözünün ən uyğun təsvir olduğunu anlayacaq. 
O, həmçinin qeyri-qanuni miqrasiya axınlarının təkcə bu bölgə ilə məhdudlaşmadığını, oxşar təzyiqin Fransanın bir çox əyalətlərində də hiss olunduğunu bildirib.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью