Olke.az saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniyanın Baş naziri Kir Starmerin Londonun şimalındakı evi yandırılıb.
Ölkə.az xəbər verir ki, hadisə mayın 12-nə keçən gecə baş verib. Yanğın zamanı tələfat olmasa da, evə ziyan dəyib. Hadisə şahidlərinin sözlərinə görə, güclü partlayış səsi eşidilib, bu, yandırıcı bombanın istifadəsi nəticəsində ola biləcəyi ehtimal olunur.
Yanğın hadisəsi terrorla mübarizə polisi tərəfindən araşdırılır.
“The Telegraph”ın məlumatına görə, axtarış zamanı polis 21 yaşlı gənci şübhəli qismində saxlayıb. 21 yaşlı gənc hazırda kirayədə olan Baş nazir Kir Starmer ailəsinin evi ilə yanaşı, digər iki hadisədədə təqsirli bilinir.
London polisi hazırda hadisənin baş vermə səbəbini araşdırır.
Mürtəza
Ölkə.az