Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda bunu da hamı bilir ki, yüksək vəzifəlilər və deputatlar təkcə maaşla dolanmırlar.
Ekspert deyib: “Axı biz, Macarıstan deyilik. Macarıstan Avropa Birliyində korrupsiyaya ən çox məruz qalan ölkələrdən biri idi, yəni orada da hər şey tam düzgün qurulmayıb. Amma buna baxmayaraq, Avropa Birliyində ümumilikdə bizim qədər korrupsiya halları yoxdur. Bizdə isə məmurlar arasında korrupsiya halları var. Yəni bizdə də bəzi deputatlar kimisə tapşırır, pul alır, biznesləri var, sahibkarlıqla məşğul olurlar. Onlar aldıqları maaşı onsuz da özlərinə xərcləmirlər. Hətta bəzən xeyriyyəçilik üçün də istifadə edirlər.
Deputatlar niyə istəyridi ki, maaşları qalxsın? Onlar ona görə maaş artımı istəyirdi ki, kimsə yardım üçün gələndə desin: "Mənim maaşım budur, al götür xərclə".
Əkrəm Həsənov sonda əlavə edib: "Mən demirəm bütün deputatlar belədir, amma əksəriyyəti belədir. Bu baxımdan maaşın azaldılması və ya artırılması elə də ciddi bir dəyişiklik yaratmır".
İradə Cəlil, Bizimyol.info