Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliyanın Baş nazirinin müavini Antonio Tajaninin çıxşı ölkədə böyük qalmaqal yaradıb.
“Cebheinfo.az” xəbər verir ki, baş nazirin müavini çıxışında “Qadınlar daha uzun ətək geyinsəydilər, daha yaxşı ana olardılar”,-deyib.
Həmçinin İtaliyanın xarici işlər naziri vəzifəsini icra edən və “Forza Italia” Partiyasına rəhbərlik edən Antonio Tajani bildirib ki, effektli bir qadınla evlənmək xoş olsa da, belə bir qadın çoxlu sevgilisi olan, onları tərk edən, uzaqlaşan və xəyanətə meyilli" biri ola bilər.
O, oğluna daha az cəlbedici və daha etibarlı bir qadınla evlənməyi məsləhət görüb. "Belə qadın daha yaxşı ana olacaq və evlilikdə vəd etdiyi sevgiyə sadiq qalacaq. Bəlkə də başqalarından bir az daha uzun ətək geyinəcək",- deyə o bildirib.
Giorgio Meloninin mühafizəkar hökumət koalisiyasını təşkil edən üç partiyadan birinə rəhbərlik edən Tajani bu fikirlərinə görə sərt tənqid və istehza ilə üzləşib. Onun açıqlamaları Katolik Kilsəsinin də sərt reaksiyasına səbəb olub.
Mərkəz-solçu Beş Ulduz Hərəkatından olan parlament üzvü Kyara Appendino mini ətəkdə skamyada oturmuş şəklini paylaşıb və istehza ilə bunun onun yaxşı ana və ya etibarlı həyat yoldaşı olmadığını göstərib-gösrmədiyini soruşub.
O, başlıqda "Tajani, mən etibarsız qadınam?",- yazıb.
"Mən yaxşı ana deyiləmmi? 2026-cı ildə hökumət üzvündən daha uzun ətək geyinən qadınla evlənməyə dair məsləhət eşitməməliyik. Bir qadının etibarlılığı santimetr parça ilə ölçülmür", - deyə Appendino bildirib.
Xaırladaq ki, Appendino əvvəllər Turin şəhərinin meri vəzifəsində çalışıb.
Keçmiş İtaliya Baş naziri və aparıcı solçu Matteo Renzi də Tajaninin sözlərini tənqid edib:
"Bir az qısa ətəkli bir qızın ciddi olmadığını deyə bilməzsiniz. İndi 18-ci əsr nədir?"
Müxalifətdəki "Italia Viva" Partiyasından olan parlament üzvü Maria Elena Boşi istehza ilə Tajaninin daha da irəli getməsini təklif edib.
"Qadınların etibarlılığı və çılpaq ayaqlar haqqında nəzəriyyələrindən sonra Tajaninin növbəti hökumət iclasında məktəblərdə, işdə və bəlkə də parlamentdə uzun ətəklərin məcburi olmasına dair fərman təklif etməsi qalır", - deyə o bildirib.
Tajani daha sonra sözlərinə görə üzr istəyib. "Sözlərim kimisə incitdisə, üzr istəyirəm, amma heç vaxt qadınları incitmək niyyətində deyildim. Həyatımda heç vaxt belə bir şey etməmişəm - nə şəxsi, nə də ictimai şəkildə", - deyə xarici işlər naziri BMT Baş Assambleyasında iştirak etdiyi Nyu-Yorkda bildirib.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər: Baş nazir mini ətəkli qadınlar
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin