Baş nazirin müavini Vulin: Qərb Serbiyada çevriliş etməyə çalışır

01.03.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

Qərb dövlətləri Serbiyada dövlət çevrilişi etməyə cəhd edir. Bunu respublikanın baş nazirinin müavini Aleksandr Vulin deyib.

Onun sözlərinə görə, RT ilə söhbətində Amerikanın USAID agentliyi və Qərb ölkələrinin kəşfiyyat xidmətləri vasitəsilə qanuni Serbiya hökumətini devirmək cəhdləri həyata keçirilir.

“Biz dəfələrlə qalib gəlmişik. Və təbii ki, onların səyləri heç vaxt bir istiqamətli olmur – bu, hibrid müharibədir”, – Vulin bildirib.

Bundan əvvəl Serbiyanın baş nazirinin müavini Belqradın Rusiya-Amerika danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью