Baş nazirlə mübahisə müdafiə nazirinin istefası ilə nəticələndi

21.10.2025

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Litva müdafiə naziri Dovile Şakalene istefa verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Artıq ərizəmi artıq yazmışam. Bu məsələni prezident (Gitanas Nauseda) ilə müzakirə etmək istəyirəm”, - o deyib.

Şakalene qərarını dəyişməyə səbəb görmədiyini vurğulayıb: “Bu, siyasətdir. Baş nazir və partiya sədrinin etimadı (Şakalene hakim Sosial Demokrat Partiyası tərəfindən müdafiə naziri postuna irəli sürülmüşdü – red.) bu vəzifəni icra edib-edə bilməyəcəyimi müəyyənləşdirən amillərdir”.

Baş nazir İnqa Ruqinene ilə Şakalene arasında qarşıdurma 2026-cı il büdcə layihəsində müdafiəyə ayrılan vəsaitlərin müzakirəsindəki fikir ayrılıqlarına görə yaranıb. Müdafiə naziri ayrılan bütün vəsaitlərin müdafiə məqsədlərinə sərf olunacağına şübhə edib və bunların bir hissəsinin birbaşa müdafiə ilə əlaqəsi olmayan proqramlara yönəldilə biləcəyini vurğulayıb. Baş nazir isə cavab olaraq, müdafiə nazirinə olan etimadının sarsıldığını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью