Baş nazirlər görüşdü FOTO

17.01.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan və Gürcüstanın Baş nazirləri Əli Əsədovla İrakli Kobaxidze arasında görüş keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Bakıda səfərdə olan Kobaxidze “X” hesabında paylaşıb. 

Görüş Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 10-cu iclası çərçivəsində baş tutub. 

Onun sözlərinə görə, azərbaycanlı həmkarı ilə iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gələcəkdə də dərinləşdirilməsi perspektivlərini müzakirə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью