Baş prokuror Kamran Əliyev Türkiyəyə işgüzar səfər edib

09.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbul, 9 fevral, Günel Karatepe, AZƏRTAC

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərinin Baş prokuroru Akın Gürlekin dəvəti ilə fevralın 9-da Türkiyəyə işgüzar səfərə gedib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti İstanbulun Sarıyer bölgəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin burada ucaldılan abidəsi önünə əklil qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Baş prokuror Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək, önünə gül dəstələri qoyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью