Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakının üç rayonunun prokuroru ikinci səlahiyyət müddətinə təyin edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təyinatlarla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Həsən Hənəfiyev Nəsimi, Hidayət Nurəlibəyov Nərimanov, Rəşid Mahmudov isə yenidən Suraxanı rayonunun prokuroru təyin edilib.