Baş prokuror paytaxtın Binəqədi rayonunda vətəndaşlarla görüşüb

20.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 20-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun inzibati binasında rayondan olan vətəndaşlarla görüşüb.

Görüşdə iştirak edən 45 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью