Baş prokuror: Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olar

15.11.2024

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

"Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olar".

2Operativ Media" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev COP29-da "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.

Onun sözlərinə görə, Azərbaycanda da öz növbəsində ekoloji cinayətlərə qarşı ciddi sanksiyalar tətbiq olunur:

"Ekologiyanın mühafizəsinə qarşı ciddi tədbirlər görülməkdədir. Biz və həmkarlarımız mina ilə çirklənmiş ərazilərə 200-dən çox ağac əkdik. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə də ekoloji cinayətləri, dəyən zərəri araşdırırıq. İqlim tədbirləri çərçivəsində gələcək nəsillər üçün birgə çalışmaq lazımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью