Baş Prokuror: Saxta sertifikatlı plastik cərrahlarla bağlı istintaq davam edir

20.01.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Səhiyyə Nazirliyi və Baş Prokurorluq saxta sertifikatlı plastik cərrahlarla bağlı birgə komissiya yaradıb. Səhiyyə Nazirliyinin müraciəti əsasında faktlarla bağlı cinayət işi başlanılıb.

APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Kamran Əliyev deyib ki, istintaq davam edir, gedişat barədə ətraflı məlumat veriləcək:

"Baş prokurorluq, Səhiyyə Nazirliyi və digər qurumlar bu sahədəki problemləri araşdırıb, gələcəkdə baş verməməsi üçün qabaqlayıcı tədbirlər görəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью