Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq. Media bu yöndə müxtəlif araşdırmalar təqdim edir, adı Mehdiyev komandasının üzvü kimi ha
Həmin şəxslər isə ünvanlarına səsləndirilən ittihamlarla bağlı açıqlamalarla çıxış edir, yazılanları təkzib etməyə çalışırlar.
Təbii ki, Mehdiyev işində adı hallandırılan şəxslərlə bağlı son qərarı hüquq-mühafizə orqanları verəcək.
Amma maraqlı olan bəzi şəxslərin nə ünvanlarına yönələn ittihamlarla bağlı, nə də dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev əleyhinə bir cümlə də işlətməmələridir.
Bu isə ictimai-siyasi kluarlarda, eləcə də mediada təəccüblə qarşılanmaqdadır.
Bu qəbuldən olan şəxslərdə biri isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, sabiq vitse-spiker Əli Hüseynlidir.
Əli Hüseynlinin Ramiz Mehdiyevin əsas kadrlarından və adamlarından biri olduğu bildirilir.
Elə son hadisələrlə bağlı da onu adı kifayət qədər hallanmış, bir sıra ittihamlara məruz qoyulmuşdur.