Baş prokuror Trampı qisasçılıqda ittiham edib

10.10.2025

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Nyu-York şəhərinin baş prokuroru Letitia Ceyms jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp nəyin bahasına olursa olsun ondan qisas almağa çalışır.
Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, L. Ceyms bunun D. Trampın ictimai bəyanatlarından aydın olduğunu bildirib.
“Onun yeganə məqsədi nəyin bahasına olursa olsun məndən siyasi qisas almaqdır. Onun hərəkətləri konstitusiya quruluşumuzun ciddi şəkildə pozulmasından xəbər verir”, - deyə Ceyms əlavə edib.
Ceyms ona qarşı irəli sürülən dələduzluq ittihamlarını əsassız adlandırıb.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью