Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
İranın baş prokuroru Məhəmməd Movahedi Donald Trampın ölkədə saxlanılan yüzlərlə etirazçı və onlarla bağlı ölüm hökmünə dair bəyanatı “ağ yalan” adlandırıb.
KONKRET.az xəbər verir ki, o nə ABŞ Prezidentinin dediyi sayda saxlanılan şəxsin, nə də İranın məhkəmə orqanlarının belə bir qərarı olmadığını bildirib.
Daha əvvəl Tramp iddia etmişdi ki, guya Tehranı təhdid etdikdən sonra İran hakimiyyəti 800 etirazçıya qarşı ölüm hökmünü icra etməmək qərarına gəlib.
Movahedi vurğulayıb ki, İranın məhkəmə orqanları tamamilə müstəqildir və heç bir xarici təsirə məruz deyil.
(yeni sabah)