Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

19.10.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Oktyabrın 15-16-da Fransanın Strasburq şəhərində Avropa Prokurorlarının Məşvərətçi Şurasının (CCPE) 21-ci Plenar iclası keçirilib.

XQ xəbər verir ki, Avropa Şurasına üzv ölkələrin yüksək vəzifəli prokurorluq əməkdaşlarının qatıldığı tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev təmsil edib. Şurada üzv ölkələrdə prokurorluq sistemlərində həyata keçirilən ən son yeniliklər müzakirə olunub.

S.Alıyev tədbirdə çıxış edərək ölkəmizin prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşması ilə əlaqədar həyata keçirilmiş tədbirlər, həmçinin prokurorluğun səmərəli fəaliyyətinin təmini ilə bağlı  milli qanunvericilikdə qəbul edilmiş son dəyişiklər barədə məlumat verib.

Bununla yanaşı, Şurada dövri olaraq prokurorluğun fəaliyyətinin müxtəlif aspektlərinə dair rəylər qəbul edilir.  Cari ildəki iclas zamanı “Səmərəli prokurorluq fəaliyyətinin təmin edilməsi üçün prokurorlara dəstək və təminatlar” mövzusunda rəy və digər tədqiqatlar müzakirə edilərək qəbul edilib, qurumun idarəetmə orqanlarına seçkilər keçirilib.

İrlandiya Respublikasının Dövlət Prokurorluq Xidmətinin təmsilçisi Raymond Briscoe növbəti müddətə Şuranın prezidenti seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью