Baş Prokurorluq 2 cinayət işini məhkəmələrə göndərdi

23.07.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Beyləqan rayonunda baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində aparılmış ibtidai araşdırmalar tamamlayıb.

“Yeni Sabah” xəbər verir ki, iş üzrə 5 nəfər təqsirləndirilir.

Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini Əhməd Məmişovun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Orxan Bəyzadlını qəsdən öldürməyə 2 dəfə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. pizza

İstintaq materiallarına əsasən, əvvəlcə zərərçəkmiş şəxsə yaşayış evinin həyətyanı sahəsində odlu silahdan atəş açılmaqla onun qəsdən öldürülməsinə cəhd göstərilib. Bu niyyət baş tutmadığından, sonradan Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində yerləşən "Daşburun" dəmiryol stansiyasının yaxınlığında zərərçəkmiş şəxsə mismarçəkən alətlə çoxsaylı zərbələr endirilməklə həmin cinayət əməlini başa çatdırmağa növbəti cəhd edilib.

Ə.Məmişovaı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.10, 157.2, 221.3, 228.2.1 və 228.2.2-ci, Muxamed Abdullayevə isə 29,120.2.1, 157.2, 221.3 və 228.2.1-ci maddələri ilə ittiham elan edilib.

Digər cinayət işi üzrə isə aparılmış istintaqla Beyləqan rayon sakini Rahil Muradov müxtəlif vaxtlarda qabaqcadan əlbir olan bir qrup şəxs halında transmilli narkotik qaçaqmalçılığı ilə məşğul olmasına, narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini təşkil etməsinə, Azərbaycan dövlət sərhədini dəfələrlə qanunsuz keçməsinə, qanunsuz silah dövriyyəsində iştirak etməsinə, odlu silah tətbiq etməklə qərəzli xuliqanlıq törətməsinə və ümumi təhlükəli üsulla zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən ağır zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

O, Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 206.3.1, 206.3.2, 221.3, 228.2.1, 228.2.2, 229.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.1-ci, Ceyhun Əhmədova həmin Məcəllənin 126.2.1, 126.2.4, 221.3, 228.2.1, 228.2.2 və 229.2.1-ci, Samir Məmmədova isə 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib.

Hər iki cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə və Bakı Hərbi Məhkəməsinə göndərilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью