Baş Prokurorluq əməkdaşları Fəxri Xiyabanda FOTOLAR

12.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью