Baş Prokurorluq məlumat yaydı

07.11.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün yazılı imtahan mərhələsinin tarixi məlum olub.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, imtahan noyabrın 19-u saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçiriləcək.

Qeyd edilib ki, namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalı və "Yazılı imtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью