Baş Prokurorluq zərərçəkmişlərin ailə üzvlərinə müraciət etdi

25.12.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Baş Prokurorluq Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzasında zərərçəkənlərin yaxınlarına müraciət edib. 

"Cebheinfo.az" xəbər verir ki, hazırda Baş Prokurorluğun Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov 160 ünvanında yerləşən inzibati binasında (Dərnəgül metrostansiyasının yaxınlığı) yaralıların yaxın qohumlarından DNT analizi götürülür.

“Odur ki, müvafiq analizlərin verilməsi üçün hadisə nəticəsində zərərəkmişlərin ailə üzvlərinin qeyd olunan ünvana və ya yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yaxınlaşmalarını, habelə, əlavə suallar olduğu təqdirdə Baş Prokurorluğun “961” nömrəli Çağrı Mərkəzi, “161” nömrəli Qaynar xətti və (012) 361 16 42 saylı əlaqə nömrəsinə zəng etmələrini xahiş edirik”,- müraciətdə deyilir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью