Baş Prokurorluqdan II Qareginlə bağlı açıqlama: HƏBS olunur?

23.01.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda bütün ermənilərin katolikosuna qarşı cinayət işi başlanılmayıb. 

“Cebheinfo.az” xəbər verir ki, Ermənistan Respublikasının Baş Prokurorluğu yaydığı məlumatda belə deyilir.

“Ermənistan Respublikasının Baş Prokurorluğunda hazırda adıçəkilən şəxsə qarşı cinayət işinin başlanması barədə heç bir məlumat yoxdur” - Prokurorluqdan mətbuata verilən açıqlamada belə qeyd edilir. 

Xatırladaq ki, bu yaxınlarda “Hraparak” qəzeti hakimiyyətin II Qareginə qarşı yeni cinayət işi hazırladığını yazıb.

Lakin prokurorluq ilkin istintaqın gedişi ilə əlaqədar belə bir məlumatın verilməsinin mümkün olmadığını bildirib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью