Baş prokurorun Argentinanın ədliyyə naziri ilə görüşü

17.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin Argentinaya işgüzar səfəri çərçivəsində noyabrın 14-də həmin ölkənin ədliyyə naziri Xuan Bautista Mahikes ilə ikitərəfli görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Argentina arasında digər sahələrdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizə sahəsində ikitərəfli münasibətlərin daha da inkişafı, hüquqi sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı maraq doğuran bu kimi ayrı-ayrı məsələlər müzakirə olunub.

Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin olunması və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verib.

Baş prokuror Xuan Bautista Mahikesin əvvəllər Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti kimi fəaliyyətini, eləcə də Azərbaycan Prokurorluğu ilə formalaşmış səmərəli əməkdaşlıq münasibətlərini məmnunluqla xatırladıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью