Baş prokurorun iştirakı ilə Zəngilanda ağacəkmə aksiyası keçirilib

05.11.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İşğaldan azad edilmiş bölgələrin yenidən qurulması, yaşıl bərpa və davamlı inkişaf istiqamətində həyata keçirilən layihələrə dəstək məqsədilə Zəngilan şəhərində ağacəkmə aksiyası keçirilib.


Missiya.Az 
"Report"a istinadən xəbər verir ki, aksiyada Baş prokuror Kamran Əliyev, hərbi prokuror Bəhruz Əhmədov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digərləri iştirak edib.


Qeyd olunub ki, hər ağacın torpağa əkilməsi Azərbaycanın milli birliyi, müstəqilliyi və tarixi Zəfərin simvolu kimi qiymətləndirilib, həm rəmzi, həm də ekoloji əhəmiyyət daşıyıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью