Baş prokurorun müavini hadisə yerindədir AZAL

25.12.2024

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə əlaqədar yerli rəsmilərlə hadisə yerində operativ əlaqə təmin edilir.

Axar.az xəbər verir ki, bunu AZAL-ın rəsmi nümayəndəsi Fərid Hüseynov deyib.

O qeyd edib ki, adıçəkilən ölkənin qəza-xilasetmə xidmətləri görülən işlərə operativ şəkildə dəstək göstərir:

“Eyni zamanda, hadisənin səbəblərinin araşdırılması üçün xüsusi istintaq qrupu yaradılıb. Azərbaycanın Baş prokurorunun müavini də şəxsən hadisə yerindədir. Bununla yanaşı, Azərbaycandan Aktauya qəza-xilasetmə qrupu da göndərilib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью